Hövzə Xəbər Agentliyinin məlumatına görə, Aşura hadisəsi və İmam Hüseynin (ə) şəhadəti İslam tarixində elə bir əhəmiyyətə malikdir ki, əsrlər keçməsinə baxmayaraq hələ də zalıma qarşı mübarizənin və istibdada qarşı dayanışın simvolu kimi tədqiqatçıların və mütəfəkkirlərin diqqət mərkəzindədir. Bu əsnada bəzi düşüncə cərəyanları bu tarixi hadisəni təhrif etmək üçün müəyyən şübhələr ortaya atıblar. O cümlədən "şiələrin öz imamlarını öldürməsi" kimi əsassız bir iddialara cavab vermək üçün dəqiq araşdırma və elmi cavab tələb edir. Bu mühüm mövzunu təhlil etmək üçün biz tarixi şübhələrə cavab üzrə mütəxəssis Höccətül-İslam Hamid Müntəziri Müqəddəmin fikirlərinə müraciət edirik. O, tarixi mənbələr haqqında dəqiq məlumatı olan və dini təhlillərlə bu sahədə irəli sürülən şübhələrə cavab verən şəxsdir.
Ümumiyyətlə şiə məzhəbinin düşmənləri çoxdan bu şübhəni ortaya atıblar:
Şiələr öz imamlarını öldürüblər və Aşura faciəsini özləri törədiblər. Bunun başqalarına nə aidiyyəti var...?!
Cavab:
Aşura hadisəsi Kufədə olan iki rəqib cərəyanın arasında baş verib: Əməvi tayfası (Osmanın tərəfdarları) və Şiələr.
Kufə əhalisi ruhi baxımdan şübhə, həyəcan, dünyapərəstlik, fürsət axtaran, müharibədən yorulmuş və qəbilə başçılarının ardınca getmək kimi xüsusiyyətlərə bürünmüşdü.
Məhz bu xüsusiyyətlər Kufə əhalisini İmam Hüseynin (ə) qarşısına çıxardı. Halbuki onların bir çoxu İmam Hüseyni (ə) yaxşı tanıyır və onu sevirdilər. Əhli-Beyt (ə) şairi Fərəzdəqin sözü ilə: “Qəlbləri səninlədir, amma qılıncları sənə qarşıdır".
İmam Hüseyni (ə) sevənlərin onun qarşısında yer alması həm bir ibrət dərsidir həm də onu göstərir ki, əgər hansısa bir şiə o vaxtı İbn Ziyadın təhdid və vədləri ilə Hüseynin (ə) qarşısında dayandılarsa, o şiələr İmam Hüseyni (ə) sevən həqiqi şiələr idilər. Onlar sadəcə dildə İlahi imamətə inan şiələr deyildilər.
O zaman inanclı şiələrin bir qismi İbn Ziyad tərəfindən zindana atılmışdı, bir qismi isə o cümlədən Həbib ibn Məzahir, Müslim ibn Əvsəcə, Əbu Sümamə və Bureyr kimi şəxsiyyətlər bir sıra maneələrə baxmayaraq imamlarına qoşularaq onun yanında igidlik və fədakarlıq göstərdilər.
Amma İmam Hüseynin (ə) qatilləri isə o cümlədən Ömər ibn Səd və Şimrdən tutmuş Ömər ibn Həccac, Şəbəs və.s hamısı Kufənin zadəganları və əməvi tayfaları idilər. Hətta bunların bəziləri Kufə şiələrinin böyüyü olan Hücr ibn Ədiyyəyə küfr hökmünün verilməsində əlləri olmuşdur.
Əslində Kərbəlada Ömər ibn Sədin ordusunda üstünlük təşkil edən düşüncə cərəyanı Osmanın tərəfdarları və Əməvi tayfası idi. Amma İmam Hüseynin (ə) ordusunda isə yalnız inanclı şiələr yer alırdı.
İmam Hüseyn (ə) tərəfindən olan Nafi ibn Hilal döyüş əsnasında belə deyirdi: "Mən Əlinin (ə) dinindəyəm" qarşısında olan düşmən isə belə cavab verirdi: "Mən də Osmanın dinindəyəm". Həmçinin İmam Hüseyn (ə) öz çadırlarına hücum edən kufəlilərə belə xitab etmişdi: "Ey Əbu Süfyan nəslinin davamçıları.......!"
Söhbət Kufəlilərin istər şiə, istər şiə olmayanların günahını bəraətə çıxarmaqdan və ya inkar etməkdən getmir. Onlar İmam Hüseyni (ə) dəvət etdilər sonra isə tərk etdilər. Elə İmamın (ə) öz kəlamı ilə: "Bizi öz şiələrimiz tərk etdi və köməksiz qoydu..."
Həqiqət budur ki, Ömər ibn Sədin ordusunda olan bütün döyüşçülər nə şiə idi, nə də şiələr orduya hakim idilər. Əksinə İmamın (ə) şəhadətində bilavasitə rol oynayan sərkərdələrin və əsas icraçıların hamısı əməvi tayfasından olan şəxslər idi.
Rəvayət olunur ki, Kufədən İmam Hüseynə (ə) qarşı göndərilən ordudan min nəfərin təxminən altı yüzü yolda ordudan qaçırdı.
Həmçinin Ömər ibn Sədin ordusunda bir qoca dua edib deyirdi: "İlahi, Hüseynə yardım et!" Başqa bir qoca isə Hüseynin (ə) qızının ayağında olan bilərziyi oğurlayır və eyni zamanda ağlayırdı.
Bu mənzərələr onu göstərir ki, bəzi şəxslərin qəlbləri İmam Hüseynlə (ə) idi. Lakin onların nə inanc və mərifətləri, nə də onunla birgə olmağa cəsarətləri var idi. Əslində onların hissləri ilə əməlləri arasında dərin bir uçurum var idi və bu uçurumun kökündə isə qorxu tərəddüd və iradə zəifliyi dayanırdı.
Rəyiniz